Cümə günü Azərbaycan Hərb Tarixi Muzeyində görkəmli hərbi xadim, Azərbaycan Demokratik Respublikasının (1918-1920-ci illər) hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən nazirliyin Hərbi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini Abdulla Qurbani qeyd edib ki, yubiley tədbirləri oktyabrın 29-da Gəncə şəhərində start götürüb.
“Tədbirlərin məhz Gəncədə başlaması təsadüfi deyil. Gəncə ADR-in ilk paytaxtı, S.Mehmandarov isə bu respublikanın ilk hərbi naziri olub. Bu şəhər onun həyatında müstəsna rol oynayıb”, - deyən A.Qurbani qeyd edib ki, hərbi xadim Gəncədən Qarabağ müharibəsini izləyib və mühüm hərbi qərarlar qəbul edib.
Müdafiə Nazirliyinin nümayəndəsi onu da deyib ki, S.Mehmandarov 46 il ərzində Rusiya İmperiyasının ordusunda xidmət edib.
“O, Birinci Dünya müharibəsinin əfsanəvi qəhrəmanlarından biridir. S.Mehmandarov əsl hərbçi olub, düşməni məhv edib və bununla yanaşı, döyüş meydanında bir itki belə verməyib”, - deyə A.Qurbani vurğulayıb.
O, həmçinin söyləyib ki, S.Mehmandarov çoxlu sayda orden və medalla təltif olunub. Poruçik rütbəsindən artilleriya generalı rütbəsinədək yüksələn S.Mehmandarov rus-yapon müharibəsində iştirak edib, Port-Artur qalasının müdafiəsi zamanı baş artilleriya komandanı kimi göstərdiyi qəhrəmanlığa görə çarın əmri ilə üzərində “İgidliyə görə” sözləri həkk edilmiş qızıl qılıncla mükafatlandırılıb.
“O, başqa ölkələrin də mükafatlarına layiq görülüb”, - deyə A.Qurbani bildirib və vurğulayıb ki, azərbaycanlı general o dövrdə İngiltərənin həyata keçirdiyi ikili standartlar siyasətinə görə bu ölkənin ordenindən imtina edib.
Öz növbəsində Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə vurğulayıb ki, Birinci Vətən müharibəsində xidmətlərinə görə S.Mehmandarov “Stanislav”, II dərəcəli “Müqəddəs Vladimir”, “Müqəddəs Georgi” ordenlərinin bütün 4 dərəcəsi, habelə İngiltərə, Fransa, Rumıniya və İran kimi ölkələrin ordenləri ilə təltif olunub.
S.Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir Azərbaycan prezidenti İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli sərəncamına əsasən Müdafiə, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri ilə birgə keçirilir.
F.İsazadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət