2022-2028-ci illərdə “Şahdəniz” yatağından maksimum həcmdə - ildə 25 mlrd. kubmetr qaz hasil ediləcək. Bu barədə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çərşənbə günü Bakıda Neft-Qaz Mühəndisləri Cəmiyyətinin Xəzər Texniki sərgi və konfransında çıxışı zamanı məlumat verib.
“Mərhələ-2” çərçivəsində 2022-cı ildə pik səviyyədə - 16 mlrd. kubmetr qaz hasil ediləcək. 2022-2028-ci illəri əhatə edən dövrdə “Mərhələ-1” və “Mərhələ-2” çərcivəsində bu yataqdan ümumilikdə maksimal həcmdə - 25 mlrd. kubmetr qaz hasil olunacaq”,- deyə X.Yusifzadə bildirib.
Onun sözlərinə görə, “Mərhələ-2” çərçivəsində ilkin mərhələdə Avropaya ildə 10 mlrd. kubmetr qaz ixracı planlaşdırılıb.
“Gələcəkdə bu həcmin ildə 20 mlrd. kubmetrə çatdırılması planlaşdırılır”, - deyə X.Yusifzadə qeyd edib.
Birinci vitse-prezident həmçinin qeyd edib ki, işlənilməsinə başlanıldığı 2004-cü ildən 2015-ci il noyabrın 1-nə qədər “Şahdəniz” yatağından qaz hasilatının həcmi 66 mlrd. kubmetr təşkil edib.
“Bu dövrdə “Şahdəniz” yatağından 17 mln. ton kondensat hasil edilib”,- deyə X.Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda “Şahdəniz” yatağındakı 7 istismar quyusundan sutkada 29 mln. kubmetr qaz və 7 min ton kondensat hasil edilir.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Statoil” (15,5%), SOCAR (16,7%), “Petronas” (15,5),“LUKoil” (10%), NICO (10%) və TPAO (9%) şirkətləridir/
Hazırda “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində $4,1 mlrd. dəyərində qaz hasil edilir. “Mərhələ-1” çərçivəsində hasilatın ən yüksək səviyyəsi ildə 9 mlrd. kubmetr təşkil edir, lakin bu həcmin 10,4 mlrd. kubmetrə qədər artırılması planlaşdırılır.
Şahdəniz” konsorsiumunun səhmdarları 2013-cü il dekabrın 17-də Bakıda bu yatağın işlənməsinin “Mərhələ-2” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. “Mərhələ-2”nin dəyəri $28 mlrd. təşkil edir. İllik hasilat 16 mlrd. kubmetr təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2019-cu ildə başlanılacaq.
“Mərhələ-2” layihəsi 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 4000 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət