Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Yaponiyanın məşhur Vaseda Universitetinin professoru Hiroaki Mohrinin iştirakı ilə konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Konfransa Vaseda Universitetinin və Azərbaycan Diplomatik Akademiyasının tələbələri də qatılıb.
Konfransı giriş sözü ilə açan BBMM-in icraçı direktoru, professor Azad Məmmədov iştirakçılara Mərkəzin yaranması və fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə tarixən formalaşan tolerant mühitin, burada yaşayan müxtəlif dini konfessiyaların və milli etnik qrupların əsrlər boyu dostluq, sülh şəraitində birgə yaşamasının məntiqi nəticəsi olub.
Məhz bu səbəbdən Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması dünyada heç kəsi təəcübləndirməyib. Hazırda multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və bu siyasət uğurla davam etdirilir.
Öz növbəsində Vaseda Universitetinin Kommersiya fakültəsinin elmlər doktoru, professor Hiroaki Mohri Yaponiya və Azərbaycan multikulturalizmini müqayisəli təhlil edərək ölkələrində Azərbaycandakı kimi müxtəlif milli etniklərin yaşamadığını söyləyib. Professor qeyd edib ki, “Yaponiyada müxtəlif dinlərin fəaliyyəti var, amma onlar arasında sıx əlaqələrin olmasını demək çətindir, bizdə son zamanlar emiqrasiya problemləri də qabarmaqdadır”, - deyə o əlavə edib ki, Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlıdırlar.
Mərkəzin Analitika və informasiya şöbəsinin müdiri, fəlsəfə doktoru Nəriman Qasımzadə Azərbaycan multikulturalizminin tarixi, ədəbi-bədii qaynaqları haqqında danışaraq bildirib ki, Azərbaycan multikulturalizminin başlıca qaynaqlarında yer alan bir məqam azərbaycanlıların milli kimliyi ilə bilavasitə bağlıdır.
Təşkilat şöbəsinin müdiri Hikmət Babayev qeyd edib ki, Mərkəzin fəaliyyətində əsas missiya Azərbaycan multikulturalizminin təbliği və təşviqidir.
Tədbirin sonunda iştirakçılara “Tolerantlıq diyarı Azərbaycan” sənədli filmi nümayiş etdirilib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət