İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində sahibkarlıq fəaliyyəti üçün lisenziyaların verilməsinə başlanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov cümə axşamı avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar və taksi-minik avtomobillərində sərnişindaşıma fəaliyyəti üçün lisenziyaları sahibkarlara təqdim edib.
“Noyabrın 2-dən etibarən lisenziyaların yenilənməsi ilə bağlı sahibkarlardan müraciətlər daxil olub ki, onlardan 57-si icraata götürülüb”, - deyə S.Məmmədov bildirib.
O qeyd edib ki, hələlik bu qaydalara əsasən yenilənmiş lisenziyalar verilir. Yeni lisenziyaların verilməsinə isə dövlət başçısının xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının azaldılması barədə tapşırığı yerinə yetirildikdən sonra başlanacaq.
S.Məmmədov yeni lisenziyalaşdırılan fəaliyyət növü ilə bağlı lisenziya əldə etmək istəyən sahibkarlara bir müddət gözləməyi tövsiyə edib. “Ola bilsin ki, həmin fəaliyyət növləri lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısında olmasın”, - deyə o əlavə edib.
Nazir müavini deyib ki, hazırda sahibkarlıq fəaliyyətinin 59 növü üzrə lisenziya verilir. “Yaxın vaxtlarda onların sayı əhəmiyyətli dərəcədə azaldılacaq”, - deyə o vurğulayıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət