Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi münasibəti ilə "Azərbaycan Milli Elmlər Akademiyası - 70" adlı kitab və "Azərbaycan Milli Elmlər Akademiyası" adlı prospekt çapdan çıxıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidməti məlumat verir.
AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr edilən və Akademiyanın “Elm” nəşriyyatında işıq üzü görən nəşrlər oxuculara Azərbaycan dilində təqdim edilir.
1000 nüsxə tirajla çap olunan "Azərbaycan Milli Elmlər Akademiyası - 70" kitabı 490 səhifədən ibarətdir. Kitabın birinci səhifəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı öz əksini tapıb.
Həmçinin kitabda AMEA prezidenti, akademik Akif Əlizadənin ön sözü yer alıb. Nəşrdə institut və təşkilatların fəaliyyət istiqamətləri, son 70 ildə əldə olunan nailiyyətləri, beynəlxlaq elmi əlaqələrindən bəhs edilir. Kitabın sonunda AMEA-nın mühüm hadisələr salnaməsi yer alıb.
Yubiley münasibəti ilə hazırlanan prospektdə akademiyanın institut və təşkilatları haqqında qısa məlumatlar əks olunub. Nəşr 120 səhifədən ibarətdir.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət