“Caspian European Club” (CEIBC) sahibkarların dövlət struktuları ilə münasibətdə meydana çıxan problemlərini aşkar etmək üçün sorğu keçirir. Bu barədə klubun baş icraçı direktoru Telman Əliyevə istinadən məlumat verilir.
Sorğu Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri arasında keçirilir.
T.Əliyevin sözlərinə görə, sorğunun nəticələri “Caspian European Club”un ali rəhbərliyinə təqdim ediləcək (klubun sədri Azərbaycan prezidenti İlham Əliyevdir).
Məlumatda qeyd edilir ki, belə sorğular ildə iki dəfə Azərbaycanda xarici və yerli şirkət rəhbərləri arasında, ildə bir dəfə Qazaxıstan, Rusiya, Gürcüstan və Türkiyədə fəaliyyət göstərən şirkətlərdə keçirilir. Qeyd etmək lazımdır ki, ilk dəfə olaraq anket internetdə açıq çıxış formasında yerləşdirilib.
“Mən bütün sahibkarlara müraciət edərək bu unikal imkandan istifadə etməyi və bizneslə dövlət strukturları arasında yaranan qanunsuz tələblər və problemlər barədə danışmağı xahiş edirəm”, - deyə o qeyd edib.
Sorğuda http://www.caspianenergy.org/index.php/survey-ru. linkinə daxil olaraq iştirak etmək mümkündür.
1991-ci ildən sosioloji sorğuların keçirilməsi, marketinq araşdırmaları və ictimai rəyin öyrənilməsi ilə məşğul olan “Caspian Energy Marketing” şirkəti sorğunun keçirilməsinə texniki və təşkilati dəstək göstərir
CEIBC 2002-ci ilin iyun ayında “Caspian Energy International Media Group”un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət