SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Azərbaycanda əməkdaşlarının ümumi sayı şirkətin struktur bölmələri də daxil olmaqla, hazırda 55 min nəfər təşkil edir. Bu barədə şirkətin kadrlar, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov cümə günü Bakıda Neft-Qaz Mühəndisləri Cəmiyyətinin Xəzər Texniki sərgi və konfransında çıxışı zamanı məlumat verib.
"SOCAR-ın xaricdəki struktur bölmələri və nümayəndəliklərində təxminən 12 min nəfər çalışır”, - deyə o qeyd edib.
X.Məmmədovun sözlərinə görə, hazırda şirkət “Cənub Qaz Dəhlizi”, OGPC kompleksi, “SOCAR Polymer”, “Star” NEZ və “Petkojen” kimi irimiqyaslı layihələr həyata keçirir ki, bu da peşəkar kadrların iştirakını tələb edir.
“Həmin meqa-layhələr şirkətimizin fəaliyyətinin strateji istiqamətləridir və onların reallaşdırılması üçün mövcud kadr potensialından istifadə edərək onu inkişaf etdirmək lazımdır. Bu məqsədlə SOCAR-ın nəzdində 5 treninq mərkəzi fəaliyyət göstərir, burada 500-ə yaxın kurs təşkil olunub”, - deyə vitse-prezident bildirib.
O, həmçinin deyib ki, SOCAR-da məşğulluq prosesi tam şəffafdır və test, məntiq imtahanlarının keçirilməsi və müsahibə yolu ilə mərhələli şəkildə gerçəkləşdirilir.
“Bundan başqa, biz kadrların hazırlanması, təlimi və inkişafı üzrə layihə reallaşdırırıq. Bura məktəblilərin neft-qaz sahəsi haqqında maarifləndirilməsi, ən yaxşı tələbələrə təqaüdlərin verilməsi daxildir. SOCAR tələbələrin gələcəkdə ARDNŞ-də işlə təmin olunmaları şərti ilə xaricdə təhsil proqramını da uğurla reallaşdırır”, - deyə vitse-prezident vurğulayıb.
X.Məmmədovun sözlərinə görə, SOCAR-ın proqramı üzrə xaricdə təhsilini başa vurmuş 240 tələbə artıq şirkətdə işlə təmin olunub, daha 47 nəfər isə təhsilini davam etdirir.
“Neft-qaz sahəsi böyük perspektivlərə malikdir və bu sahəyə yeni kadrların cəlb olunması üçün SOCAR həm də sosial proqramlar reallaşdırır. Gənclərin mənzillə təmin olunması proqramı buna nümunə ola bilər”, - deyə o vurğulayıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət