4-5 noyabr 2015-ci il tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Şurasının iclasında iştirak etmək üçün Livanın paytaxtı Beyrut şəhərində səfərdə olmuşdur. Şeyx həzrətləri həmin məclisin 50 üzvündən biri seçilmişdir. İslam aləminin nüfuz sahibi olan və çoxsaylı ölkələri təmsil edən alimlərin iştirak etdiyi iclasda Şeyxülislam A.Paşazadə həzrətləri çıxış etmişdir. O, çıxışında İslam aləminin üzləşdiyi problemlər qarşısında İslam həmrəyliyi, İslami birliyin, xüsusən məzhəblərarası birliyin daha da möhkəmləndirilməsinin zəruriliyini xüsusi vurğulamışdır.
Şeyx həzrətləri Azərbaycanda tarixən mövcud olan məzhəblərarası birliyin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da möhkəmlənməsi və bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi İslam aləmi üçün nümunə olan birliyin yaradıldığını iştirakçıların diqqətinə çatdırmışdır.
Dağlıq Qarabağ probleminə toxunan A.Paşazadə ölkəsinin ərazisinin beşdə birinin erməni ekstremistləri tərəfindən işğal olunduğunu və bir milyon həmvətənlərinin qaçqın və məcburi köçkün olduğunu, işğal olunmuş ərazilərdə İslami abidələrin, məscidlərin və ziyarətgahların da dağıdıldığını qeyd etmiş və yığıncaqda iştirak edən alimləri bunu pisləməyə çağırmışdır.
Sonda Şeyxülislam A.Paşazadə ona böyük etimad göstərilərək İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Məclisinə üzv seçilməsi münasibətilə Ali Məclisin baş katibinə, təşkilatın rəhbərinə dərin təşəkkürünü bildirmişdir.
İclas əsnasında Şeyx həzrətlərinin təşkilatın və Ali Məclisin rəhbərləri ilə, habelə, görkəmli İslam alimləri ilə ikitərəfli görüşləri olmuşdur.
Livana səfəri çərçivəsində Şeyx həzrətlərini ölkə parlamentinin sədri Nəbih Birri qəbul etmişdir. Səmimi şəraitdə keçən görüş zamanı N.Birri Azərbaycanda son günlər keçirilmiş parlament seçkilərini yüksək qiymətləndirmiş və seçkilərin demokratik şəkildə keçməsini vurğulamışdır. Görüşdə hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə böyük ehtiyac olduğunu, bu sahədə dini liderlərin də rolu qeyd olunmuşdur.
Şeyx həzrətləri öz növbəsində Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri bir daha həmsöhbətinin diqqətinə çatdırmış və Azərbaycan Xalqının bu problemin sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu ifadə etmişdir.
Azərbaycanda Livan kimi çoxkonfesiyalıq sahəsində oxşarlığın olması, Azərbaycanda məzhəblər və dini konfesiyalar arasındakı birlik və əməkdaşlığın çox yüksək səviyyədə olduğunu həmsöhbətinin diqqətinə çatdıran Şeyxülislam bu birliyin başqa ölkələr üçün nümunə olduğunu xüsusi vurğulamışdır.
Səmimi şəraitdə keçən görüşün sonunda N.Birri onun salamlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına çatdırmasını Şeyx həzrətlərindən xahiş etdi.
Görüşdə İdarə sədrinin birinci müavini Hacı Salman Musayev və Xarici Əlaqələr Şöbəsinin müdiri M.Payızov iştirak etdilər.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət