Trans-Anadolu qaz kəmərinin tikintisi üzrə konsorsium (TANAP) qaz kəmərinin 1,35 min kilometr (və ya qaz kəmərinin ümumi uzunluğunun 73%-i) hissəsinin tikintisi üzrə tenderləri bağlayıb. Bu barədə jurnalistlərə çərşənbə axşamı SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.
“ TANAP layihəsinin tikintisi 3 sektor üzrə aparılır, o cümlədən qaynaq işləri görülür.Ümumilikdə, indiyə qədər 1350 km . uzunluğunda kəmərin tikintisi üzrə tenderlər bağlanılıb. Həmçinin marşrutun hazırlığı başa çatdırılıb, biz hesab edirik ki, bu ilin sonuna qədər TANAP layihəsi üzrə daha 50 km. uzunluğunda boru qaynaq ediləcək”,- deyə o bildirib.
R.Abdullayevin sözlərinə görə, TANAP konsorsiumu ümid edir ki, Trans-Atlantik qaz kəməri 2018-ci ilin I yarısında ilk qazı qəbul etmək üçün hazır olacaq.
SOCAR rəhbəri bildirib ki, layihənin dəyəri iilkin qiymətləndirmədən ən az 20-25% aşağı olacaq.
“Biz tenderlərdən çox yaxşı nəticələr aldıq və boruların alınması üzrə uğurlu sazişlər bağlamışıq. Bütün bunlar onu deməyə əsas verir ki, TANAP qaz kəmərinin tikintisi planda nəzərdə tutulandan daha ucuz başa gələcək”,- deyə o əlavə edib.
Xəbər verildiyi kimi, 2014-cü ilin oktyabr ayında yuxarıda qeyd olunan bütün şirkətlərlə qaz kəmərinin tikintisi üçün boruların satın alınması haqqında müqavilə imzalanıb. Müqavilə 1,2 mln. ton borunun hazırlanmasını nəzərdə tutur.
TANAP qaz kəmərinə Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1850 kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.
Trans-Anadolu qaz kəmərinin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda, TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq.
TANAP layihəsi $10 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, BP - 12%, BOTAS - 30%.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət