“Azəriqaz” İstehsalat Birliyinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) tabeliyində iki yeni departament yaradılıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
10 noyabr tarixindən Birliyin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb.
SOCAR-ın məlumatına əsasən, qeyd edilən departamentlərin yaradılmasında məqsəd İB-nin mövcud xərclərin optimallaşdırılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasından ibarətdir.
Bununla belə, məlumatda vurğulanır ki, SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamenti (İRD) ştat cədvəlinə əsasən ləğv edilmiş strukturların işçilərinin peşəkarlıq səviyyəsi müvafiq qanunvericiliyə əsasən şəffaf şəkildə yoxlayacaq, biliyinə və səriştəsinə uyğun ştat cədvəlində olan vakant yerlərdə işlə təmin ediləcəklər.
“Keçiriləcək imtahanların nəticəsinə görə əmək münasibətlərinin yeni yaradılan Departamentdə davam etdirilməsi mümkün olmayan işçilər təhsil və ixtisaslarına uyğun olaraq Birliyin İdarəetmə Aparatında və digər təşkilatlarında mövcud vakansiyalarda yerləşdiriləcək”, - deyə məlumatda qeyd olunur.
İşlə təmin olunmayan və ya təkliflə razılaşmayan (sərbəstləşən) işçilərə müəyyən edilmiş əmək haqqının 5 misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödəniləcək.
“irdəfəlik işdənçıxarma müavinətindən yararlanmayan sərbəstləşən işçilərin isə “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulması üçün Birlik tərəfindən SOCAR rəhbərliyinə müraciət ediləcək.
“Artıq 10 noyabr 2015-ci il tarixdən adı çəkilən proqrama qoşulmaq üçün ərizə qəbuluna başlanılıb. Sərbəstləşən işçilər 1 ay müddətində Proqrama qoşulmaq üçün müraciət edə bilərlər. Qeyd edək ki, sərbəstləşmə əsasən idarəetmə aparatının işçilərinə şamil olunacaq”, - deyə məlumatda qeyd olunur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət