“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (“Caspar”) də “Mahmud Rəhimov” quru yük gəmisi əsaslı təmirini başa çatdırıb. Bu barədə “CASPAR”dan məlumat verilib.
“Zığ” gəmi təmiri zavodunda may ayından aparılan təmir işləri zamanı xeyli iş görülüb. Gəminin sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub və yeni avadanlıqlar, mebellə təchiz edilib.Gəminin gövdəsində, göyərtələrində, yük anbarlarında və bir sıra digər sahələrində korroziyaya uğramış metal təbəqələr dəyişdirilib”, - deyə məlumatda qeyd olunur.
Həmçinin, baş və köməkçi mexanizmləri, əsas və yardımçı sükan qurğuları, xilasetmə vasitələri, ballast, hava, su, yanğınsöndürmə, yağ və yanacaq sistemləri əsaslı təmir olunub.
Bundan başqa, gəminin bütün elektrik avadanlıqları, o cümlədən elektrik mühərrikləri, generatorları, radionaviqasiya cihazları, kabel xətləri yoxlanılaraq, zəruri təmir işləri yerinə yetirilib.
“Mahmud Rəhimov” quru yük gəmisi Xəzər hövzəsində yükdaşımalara cəlb ediləcək
“Mahmud Rəhimov” quru yük gəmisi 1994-cü ildə inşa edilib və 4100 ton yükgötürmə qabiliyyətinə malikdir.
Bütövlükdə, gəmiçiliyin balansında 14 quru yük gəmisi var.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət