Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ildə “Nikoil” İnvestisiya Kommersiya Bankına açıq valyuta mövqeyinin bağlanması üçün 46 mln. manat təqdim edib. Bu barədə İdarə Heyətinin sədri Vasili Xamaza bankın rəsmi saytına müsahibısində bildirib.
Onun sözlərinə görə, 21 fevral 2015-ci il tarixində manatın devalvasiyasından sonar AMB-dan vəsitin cəlb olunmasına ehtiyac yaranıb.
“Tam vaxtında, banklara və eyni zamanda bizə də, belə çətin zamanda, güzəştlər və borc alınmış vəsaitlər təqdim etməklə, Mərkəzi Bank yardım etdi. Yetərincə böyük maddi yardım isə Bankın imicinin qorunub saxlanılmasının, müəyyən olunmuş çərçivədə bütün normativ göstəricilərin qorunmasının vacibliyini dəyərləndirən səhmdarlarımızdan gəldi. Ən vacibi isə mən hesab edirəm ki, o oldu ki, bu müdddət ərzində, 21 və 22 fevral da daxil olmaqla, Bank bir dəfə də olsun nağdlaşma əməliyyatlarında və eyni zamanda əmanətlərin bütün və nadir hallarda vaxtından öncə çıxarılmasında müştərilərinə imtina etmədi”, - deyə V.Xamaza vurğulayıb.
Onun sözlərinə görə, “Nikoil” İKB devalvasiyadan sonra 10 mln. manat məbləğində kreditləri təkrar strukturlaşdırıb.
“Dollarla verilən kreditlərə heç bir əlavə komissiya tutmadan, kreditlərin restruktrizasiyasını uğurla həyata keçirdik. Bununla yanaşı,çalışdıq ki, müştərilərə fürsət yaradaq ki, müştərilərin aylıq ödənişinin manatla ekvivalenti dəyişməz olaraq qalsın və kreditin ödəmə müddəti artırılsın. Beləliklə də, 10 mln. manat dəyərində, 1 mindən artıq kreditlərin vaxtını uzatdıq”, - deyə V.Xamaza qeyd edib.
“Nikoil” İKB 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. “Nikoil” İKB-nin səhmdarları “Topaz Investment”, “Nikoyl” SC, “Uralsib-İnvest” MMC və “ISR Holding”dir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət