2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 13 mlrd. 87,1 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, yanvar-oktyabr aylarında kapital qoyuluşlarının ümumi həcmindən 8 mlrd. 76,2 mln. manat (bütün investisiyaların 61,7%-i) istehsalat təyinatlı obyektlərin, 4 mlrd. 150,8 mln. manat (bütün investisiyaların 31,7%-i) xidmət obyektlərinin, 860,1 mln. manat mənzil inşasına (bütün investisiyaların 6,6%-i) yönəldilib.
Hesabat dövrü ərzində 5 mlrd. 602,5 mln. manat (bütün investisiyaların 42,8%-i) xarici investisiyaların, 7 mlrd. 484,6 mln. manat (bütün investisiyaların 57,2%-i) daxili investisiyaların payına düşüb.
Yanvar-oktyabr aylarında neft sektoruna 5 mlrd. 914,5 mln. manat (bütün kapital qoyuluşlarının 45,2%-i), qeyri-neft sektoruna 7 mlrd. 172,6 mln. manat (bütün kapital qoyuluşlarının 54,8%-i) həcmində investisiya qoyulub.
Hesabat dövrü ərzində tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 9 mlrd. 763 mln. manat və ya bütün kapital qoyuluşlarının 74,6%-ni (artım 2,6%) təşkil edib.
Qeyd olunan dövrdə dövlət müəssisə və təşkilatları tərəfindən 4 mlrd. 305,6 mln. manat (bütün investisiyaların 32,9%-i), özəl müəssisə və təşkilatlar tərəfindən 8 mlrd. 781,4 mln. manat (bütün investisiyaların 67,1%-i) həcmində kapital qoyuluşları həyata keçirilib.
Yanvar-oktyabr aylarında müəssisə və təşkilatların vəsaitləri hesabına 8 mlrd. 942,8 mln. manat (artım 24,3%), bank kreditlərinin hesabına 862,6 mln. manat (artım 2,1 dəfə), büdcə vəsaitlərinin hesabına 2 mlrd. 453,6 mln. manat (azalma 51,4%), büdcədənkənar fondların vəsaitləri hesabına 229,5 mln. manat (azalma 22,2%), əhalinin vəsaitləri hesabına 431,1 mln. manat (artım 4,6%), digər mənbələr hesabına 167,5 mln. manat (artım 2,5 dəfə) həcmində kapital qoyuluşları həyata keçirilib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət