Bakı Ali Neft Məktəbində (BANM) “Azərbaycanda Əcnəbi Tələbə Gənclərin 2-ci ümumrespublika forumu” keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ali məktəbdən məlumat verilib.
Forum 17 noyabr tarixində qeyd edilən “Beynəlxalq Tələbə Günü”nə həsr olunub. Tədbir Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun (AGF) maliyyə dəstəyi ilə təşkil olunub.
BBTK-nın sədri Aysəba Umutlu iştirakçıların diqqətini BBTK-nın uğurlu və yadda qalan layihələrinə yönəldib. O, forumun təşkilində Bakı Ali Neft Məktəbinin rəhbərliyinin dəstəyini xüsusi qeyd edib.
“Forumun əsas məqsədi ölkəmizdə təhsil alan əcnəbi gəncləri bir araya gətirmək, onlara özünü ifadə etmək imkanı vermək, layihənin icrası zamanı əcnəbi tələbələrin problemlərinin araşdırılması və maraq dairələrini öyrənmək, azərbaycanlı tələbələrlə əcnəbi tələbələr arasında ünsiyyətin möhkəmlənməsinə xidmət edən tədbirləri təşkil etməkdir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda 58 ölkənin 5 minə yaxın vətəndaşı təhsil alır. A.Umutlu qeyd edi ki, əgər I forumda 18 ölkədən 200-ə yaxın tələbə iştirtak edirdisə, bu gün həm ölkələrin, həm də iştirakçıların sayı xeyli artıb. Beləliklə, bu gün 2-ci forumda 25 ölkədən 300-dən çox tələbə iştirak edir.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov müxtəlif ölkələri təmsil edən tələbə gənclərin BANM-də bir araya gəlməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. E.Qasımov hələ keçən əsrin 70-ci illərində Azərbaycanda həmin dövrdə təhsil alan əcnəbi tələbələrin daha sonra öz ölkələrində yüksək vəzifələr tutduğunu xatırlatdı.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev həyatının bir neçə ilini Azərbaycanla bağlayan, təhsil əldə edərək, peşəkar kadrlar kimi yetişərək formalaşan əcnəbi tələbələrin Azərbaycan tarixini və mədəniyyətini öyrənmələrini və öz ölkələrinə döndükdən sonra təbliğ etmələrini tövsiyə etdi.
“Təklif bizdən, dəstək sizdən” devizi altında keçirilən forumda Bakıda təhsil alan əcnəbi tələbələr daha çox Beynəlxalq Gənclər Mərkəzinin yaradılması, onlar üçün heç olmasa bir yataqxana binasının olması, bəzi tələbələrə dərsdən sonra qısamüddətli işləmək imkanının verilməsi, yaradıcı və istedadlı tələbələr üçün sərgilərin, eləcə də Azərbaycanı daha yaxından tanımaq məqsədi ilə xüsusi turların təşkil edilməsi kimi təkliflərlə çıxış ediblər.
Sonda təhsildə əldə etdiyi uğurlara, BBTK ilə sıx əməkdaşlığa, universitetlərin ictimai həyatında fərqləndiyinə görə bir qrup tələbəyə BBTK-nın xüsusi diplomu, eləcə də hədiyyələri təqdim olunub. Eyni zamanda, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov forumda ən yaxşı çıxış edən əcnəbi tələbələrin bir qrupunu mükafatlandırıb.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir
Yelo Bank-ın daxili futbol çempionatı yekunlaşdı
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət