Azərbaycanın sığorta birliyi sığorta təbliğatı həyata keçirəcək, əhalini sığorta bazarı haqqında məlumatlandıracaq. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov cümə axşamı jurnalistlərə bildirib.
“Sığorta şirkətləri ilə birgə 2016-ci ilə marketinq planının tərtibatına başlayırıq. Plan televiziya, elektron mətbuat, sosial şəbəkələr və s. vasitəsilə sığorta təbliğatına dair birgə tədbirləri əhatə edəcək”, - deyə O.Bayramov qeyd edib.
Onun sözlərinə görə, bu tədbirlər ASA, sığorta şirkətləri və Maliyyə Nazirliyinin xətti ilə maliyyələşdiriləcək.
O.Bayramov həmçinin məlumat verib ki, noyabr ayında ASA nəzdində Təlim Mərkəzi fəaliyyətə başlayacaq.
“İndi təlimlər sığortanın ümumi prinsipləri, sığorta təcrübəsi, hüquqi məsələləri əhatə edirş Gələn il biz sığorta agentləri, anderrayterlər, şirkətlərin rəhbərləri üçün təlimlər keçirməyi planlaşdırırıq”, - deyə O.Bayramov vurğulayıb.
Bundan başqa, onun sözlərinə görə, sığorta şirkətlərinin əməkdaşlarının etik kodeksinin hazırlıanması üzərində iş aparılır.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət