“Azəryolservis” 2016-cı ilin iyul ayında Bakı-Şamaxı avtomobil yolunun bir hissəsinin genişləndirilməsi işlərini başa çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dan məlumat verilib.
“Söhbət ümumi uzunluğu 23,5 km olan hissənin yenidən qurulmasından gedir. İşlər 2013-cü ilin dekabr ayından etibarən aparılır və indiyədək 34,56%-ni yerinə yetirilib”, - deyə cəmiyyətdən bildiriblər.
O cümlədən, Bakı-Şamaxı avtomobil yolunun digər hissələrinin yenidən qurulması üzrə işlər davam edir.
Xüsusilə, uzunluğu 22,9 km olan avtomobil yolunun 44,6-67,5 km hissəsinin 4 zolağa qədər genişləndirilməsi işləri 58,26% icra olunub. Hazırda kommunikasiya xəttlərinin köçürülməsi işləri başa çatıb, yol örtüyü, yeraltı su xətlərinin çəkilməsi və Ceyrankeçməz çayı üzərindən ilk körpünün tikinttisi işləri davam edir.
Bakı-Şamaxı avtomobil yolunun bir hissəsi olan uzunluğu 115 km təşkil edən Muğanlı-Yevlax yolunun yenidən qurulması üzrə işlər 95,44% yerinə yetirilib.
DB-nin Direktorlar Şurası 2010-cu ilin may ayında avtomobil yollarının yaxşılaşdırılması ilə bağlı 3-cü layihə üçün Azərbaycana $241,6 mln. məbləğində kreditin verilməsini təsdiq edib. Kredit iki hissədən ibarətdir. Xüsusilə $171,6 mln. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə 4 ili güzəştli olmaqla 17 il müddətinə ayrılıb. $70 mln. məbləğində daha bir kredit isə Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə 10 ili güzəştli olmaqla 20 il müddətinə ayrılıb. Layihənin ümumi dəyəri $356,15 mln. məbləğində qiymətləndirilir. Layihənin reallaşdırılması üçün qalan məbləğ Azərbaycan hökuməti tərəfindən ayrılacaq. DB-nin kredit vəsaitləri uzunluğu 100 km-dən çox olan Bakı-Şamaxı yolunun bir hissəsinin iki zolaqdan dörd zolağa qədər genişləndirilməsi, magistral yolların idarə və istismarına yeni yanaşmaların tətbiqi üzrə tədqiqatların aparılması üçün istifadə ediləcək.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət