Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində “Xəzər-2015” komanda-qərargah təlimi keçirilib.
Təlimlərə nazirliyin xilasetmə qurumlarının, həmçinin, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və “BP” şirkətinin şəxsi heyətinin iştirakı və xüsusi texnika və avadanlıqları cəlb edilib. Bu barədə FHN-in mətbuat xidməti məlumat verir.
Təlimə cəmi 752 nəfər şəxsi heyət, o cümlədən Fövqəladə Hallar Nazirliyindən 600, Müdafiə Nazirliyindən 60, Xüsusi Dövlət Mühafizə Xidmətindən 15, Dövlət Sərhəd Xidmətindən 25, Daxili İşlər Nazirliyindən 22, Səhiyyə Nazirliyindən 10, “BP” şirkətindən 20 nəfər cəlb edilmişdir. Bundan başqa, təlimə cəmi 101 ədəd xüsusi təyinatlı hava, dəniz və avtomobil texnikası, o cümlədən ümumilikdə 73 ədəd avtomobil texnikası, Fövqəladə Hallar Nazirliyinə məxsus 4 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi, 7-si Fövqəladə Hallar Nazirliyinə, 2-si Müdafiə Nazirliyinə, 2-si isə Dövlət Sərhəd Xidmətinə məxsus olmaqla ümumilikdə 11 ədəd xüsusi təyinatlı gəmi, 10-u Fövqəladə Hallar Nazirliyinə, 2-si Daxili İşlər Nazirliyinə məxsus olmaqla ümumilikdə 12 ədəd sürətli kater cəlb olunub.
Təlimin planına uyğun olaraq, birinci mərhələdə fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza-xilasetmə işləri həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi əməliyyatları uğurla yerinə yetirilib.
Sonda təlimdə iştirak edən qüvvə və texnikaların paradı olub.
Qeyd edək ki, təlimdə iştirak edən qurumların, habelə Rusiya və İranın müvafiq dövlət qurumlarının, eləcə də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yüksək səviyyəli nümayəndə heyətləri təlimi canlı izləyib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət