"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (CASPAR) “Aura” nəqliyyat-yedək gəmisinin əsaslı təmirini başa çatdırıb. Bu barədə QSC-dan məlumat verilib.
“Gəminin təmiri Zığ gəmi təmir zavodunda 3 ay ərzində aparılıb. Gəmi doka qaldırıldıqdan sonra bütün gövdəsi təmizlənərək rənglənib, zəruri gövdə-qaynaq işləri aparılıb.
“Aura”nın baş və köməkçi mühərriklərində, əsas və yardımçı sükan qurğularında, boru sistemlərində lazımi yoxlama və təmir işləri görülüb”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, gəminin elektrik avadanlıqları və avtomatikası tənzimlənərək, istismara hazır vəziyyətə gətirilib
“Aura”nın sınaqları artıq yekunlaşıb. Müvafiq sənədləşmə işlərindən sonra gəmi dekabr ayına qədər istismara veriləcək.
“Aura” nəqliyyat-yedək gəmisi 1983-cü ildə inşa edilib. Gəminin dedveyti 1178 ton təşkil edir.
Ümumilikdə, gəmiçiliyin balansında 23 nəqliyyat-yedək gəmisi var.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət