Bakıda keçirilən Azərbaycan-Rusiya Universitetlərarası Forumu çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Ufa Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna NDU-nun mətbuat şöbəsindən bildirilib.
“Azərbaycan və Rusiya arasında təhsiç sahəsində tarix boyu geniş əlaqələr mövcuddur. Bu Forum Rusiya və Azərbaycanın ali məktəbləri arasında əməkdaşlıq və elmi əlaqələrin yaradılması nöteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir”, - deyə mətbuat xidmətinin nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, Forum çərçivəsində Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Saleh Məhərrəmov ilə Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin arasında görüş keçirilib. Görüşdə təhsilin inkişafına dair əməkdaşlığın perspektivləri müzakirə olunub.
“Hər iki ali təhsil müəssisəsi arasında elmi tədqiqat və tədris sahələrində əlaqələrin inkişafına dair razılıq əldə olunub. Müqaviləyə əsasən universitetlər arasında müəllim-tələbə mübadilələri, müştərək elmi tədqiqat layihələri həyata keçiriləcək, birgə konfranslar, seminarlar və digər idman-mədəni tədbirlər təşkil olunacaq”, - deyə mənbə bildirib.
Q.Hüseynova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət