Yaxın zamanda “SOCAR Foster Wheeler” MMC Heydər Əliyev adına Neft Emalı Zavodunda neftin ilkin emalı qurğusunun xam neftə görə məhsuldarlığının illik 6 mln. tondan 7,5 mln. tonadək artırılması məqsədi ilə həyata keçirilən PreFEED mərhələsini başa çatdıracaq. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumatında deyilir.
“PreFEED mərhələsində aparılmış layihələndirmə tədqiqat işləri nəticəsində “SOCAR Foster Wheeler” tərəfindən ilkin emal qurğusunun yeni texnoloji konfiqurasiyası müəyyənləşib və texniki məlumatlar “Aspentech Hysys v.7.3”, “Promax 3.2” mühəndislik proqramları və digər müasir proqramlar vasitəsi ilə işlənərək simulyasiya olunub”, - deyə məlumatda qeyd olunur.
SOCAR-ın məlumatına görə, layihənin növbəti - FEED (İlkin detallı layihələndirilmə) mərhələsinə keçiləcək.
Daha əvvəl R.Abdullayevə istinadən məlumat verilib ki, 2015-ci ilin sonunda SOCAR BNEZ-in yenidən qurulması və modernləşməsi üzrə işlərə başlamağı və 2018-ci ilin sonunda bitirməyi planlaşdırır. Bu, zavodda "Euro-5" standartına cavab verən daha yüksək keyfiyyətli benzin və dizel yanacağının istehsalını həyata keçirməyə və 2030-cu ilin ortalarına qədər ölkənin bu yanacaq növlərinə olan tələbatını ödəməyə imkan verəcək.
Xəbər verildiyi kimi, BNEZ-in yenidən qurulması və modernləşdirilməsi layihəsinə neftin ilkin emalı üzrə qurğunun gücünün illik 6 mln. tondan 7,6 mln. tona qədər, katalitik krekinq qurğusunun gücünün illik 2 mln. tondan 2,5 mln. tona qədər artırılması daxildir.
Heydər Əliyev adına BNEZ-də yenidənqurma və modernləşmə nəticəsində avtomobil benzininin illik istehsal həcmi 1,3 mln. tondan 2,2 mln. tona qədər, dizel yanacağının istehsal həcmi 2.3 mln. tondan 2,9 mln. tona qədər, təyyarə yanacağının istehsal həcmi 700 min tondan 1 mln. tona qədər artacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət