“SOCAR-AQŞ" MMC“Günəşli’’ yatağının dayazsulu hissəsində yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dan məlumat verilib.
30 saylı quyuda qazma işləri 11 saylı stasionar dəniz özülündən həyata keçirilir. Quyunun layihə dərinliyi 4min metr təşkil edir. Quyu Qırmakialtı Lay Dəstəsinə (QAD) qazılır
Quyu SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyinin sifarişi ilə qazılıb.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
“SOCAR-AQŞ” MMC SOCAR və “Absheron Drilling Company” (“Abşeron Qazma” Şirkəti) tərəfindən qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib.
Hazırda “SOCAR-AQŞ” Dayaz Sulu “Günəşli” yatağında yerləşən 2 Dərin Dəniz Stasionar Özülündə (DDSÖ) 3 qazma qurğusundan istifadə etməklə qazma işləri aparır.
Bundan başqa, “SOCAR-AQŞ” “Bahar Energy” əməliyyat şirkəti ilə müqavilə çərçivəsində “SOCAR-Ümid” BM-nin sifarişi ilə qazma əməliyyatları həyata keçirir. Həmçinin “Azneft” İB-nin sifarişi ilə “Qərbi Abşeron”, ‘’Bulla’’ və ‘’Günəşli 7’’ yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət