Sahibkarlığa Kömək Milli Fondu (SKMF) cümə axşamı Bakının Qaradağ rayonunda 20 sahibkara ümumilikdə 10,2 min manat ümumi məbləğdə kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında bildirilir.
“Kredit vəsaitləri heyvandarlıq, istilik təsərrüfatları, həmçinin çörək, neft-kimya avadanlığı, qapı və pəncərə istehsalı sahəsində layihələrin həyata keçirilməsi üçün ayrılıb. Bu layihələrin həyata keçirilməsi 600-dən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”,- deyə məlumatda qeyd edilir.
Bu günə qədər fondun vəsaitlərindən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinə 1116 investisiya layihəsinin reallaşdırılmasına 288,7 mln. manat məbləğində güzəştli kreditlər verilib ki, bu da 9 minə yaxın yeni iş yerinin açılmasına imkan yaradıb.
Nazirliyin məlumatına görə, son illər ərzində sənayue sahəsində 132 investisiya layihəsinin reallaşdırılmasına SKMF xətti ilə 409 mln. manatdan artıq məbləğdə güzəştli kredit verilib. Bununla belə, 115 müəssisə artıq istifadəyə verilib, 17-si üzrə iş davam edir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 220 mln. manat məbləğində güzəştli kredit veriləcək.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət