Azərbaycan və Dağıstan RF-də uzaq səfərlərə çıxan yük maşınları sürücülərinin etiraz aksiyası nəticəsində kənd təsərrüfatı məhsullarının daşınmasında yaranmış problemlərin həlli üçün işçi qrup yaradacaq. Bu barədə Dərbənd şəhər Dairə Administrasiyasının saytında məlumat verilir.
Dağıstan Hökumətinin sədri Abdusəməd Həmidov noyabrın 26-da Dağıstanda Azərbaycan nümayəndə heyəti ilə görüş zamnı bu təklifi irəli sürüb. Azərbaycan nümayəndə heyətinin tərkibinə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev daxil idi.
A.Həmidov bildirib ki, Azərbaycan nümayəndə heyətinin Dağıstana səfəri kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı yaranmış problemlə əlaqədardır.
“Sürücülər işə başlayıblar. Artıq sərhəddə yığılıb qalmış vaqonlardan meyvələr yük maşınlarına yüklənir. Bununla belə biz bu məsələni tənzimləmək üçün işçi qrup yaratmaq istəyirik. Bu işçi qrup Azərbaycan və Dağıstanın nümayəndələrindən ibarət olacaq . Məhsulun zay olmasına imkan vermək olmaz, bu məhsulu yetişdirən insanlar bunun üçün il boyu zəhmət çəkirlər”,- deyə A.Həmidov qeyd edib.
S.Məmmədov A.Həmidova məhsuldar işə və kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı yaranmış problemin həllində əməkdaşlıq etdiyinə görə təşəkkürünü bildirib . O bunun iki respublika arasında dostluq və iqtisadi münasibətlərin xeyrinə olacağını bildirib.
Xəbər verildiyi kimi, federal yollarda daşınan 12 tondan çox yüklərə əlavə vergi qoyulması ilə bağlı Rusiyanın nəqliyyat şirkətlərinin sürücüləri etiraz aksiyası keçiriblər. Bunun nəticəsində Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınmasında problemlər yaranıb. Bəzi şirkətlər öz işini dayandırıb.Yüklər sərhəddən manesiz keççə də, onların təyinat məntəqlərinə, xüsusən Moskava və Moskva ətrafı rayonlara çatdırılmasında problemlər yaranıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət