Azərbaycan hökuməti hazırda Azerbaijan-Georgia-Romania- Hungary Interconnection (AGRI) layihəsini prioritet hesab etmir. Bu barədə energetika naziri cümə günü mətbuat konfransında bəyan edib.
“Azərbaycan bu layihənin təşəbbüskarı deyil, ancaq biz onun reallaşdırılması üzrə müzakirələr və tədqiqatlarda bilavasitə iştirak edirik. Hazırda əsas məsələ həll olunmamış qalır - AGRI infrastrukturuna kim sərmayə yatıracaq və Gürcüstan və Rumıniyada maye qaz terminallarını kim inşa edəcək. SOCAR-ın xaricə investisiya yatırmasına baxmayaraq, şirkətin imkanları hüdudsuz deyil”, - deyə N.Əliyev qeyd edib.
O həmçinin əlavə edib ki, Rumıniya bu layihənin öz ərazisində reallaşdırılmasının öhdəsindən gələ bilməyəcək.
“Hazırda AGRI layihəsinin reallaşdırılması üçün aparıcı güc yoxdur. Mən hesab etmirəm ki, bu günə bu istiqaməıt bizim üçün prioritet təşkil edir. Buna baxmayaraq, perspektivdə vəziyyət dəyişə bilər”, - deyə N.Əliyev vurğulayıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət