Azərbaycanda “Yaşıl Kart” (Green Card) sistemi üzrə fəaliyyət göstərmək istəyən sığortaçılar 21 dekabr 2015-ci il tarixinə qədər Yaşıl Kart sığortaçılarının Reyestrinə daxil olmaq üçün İcbari Sığorta Bürosuna (İSB) müraciət etməlidirlər. Bu barədə büronun məlumatında bildirilir.
Bu qərar İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının noyabrın 25-də keçirilən iclasında qəbul edilib.
İştirakçı sığortaçılar göstərilən tarixədək Yaşıl Kart sığortaçılarının Reyestrinə daxil edilməsi və Yaşıl Kart blanklarının alınması üçün Büroya müraciət etməzsə və ya bununla bağlı təqdim etdiyi sənədlərdə hər hansı uyğunsuzluq və ya çatışmazlıq olarsa, həmin sığortaçının 2016-ci ilin yanvar ayının 1-dən etibarən İcbari Sığorta Bürosunun informasiya sistemində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyəti məhdudlaşdırılacaq.
İclasda büronun iştirakçı sığortaçılarının “Yaşıl Kart” sistemində iştirakı ilə bağlı “Azərbaycan Yaşıl Kart blanklarının forması, onların çap olunması, doldurulması və uçotu qaydaları”,““Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət qaydaları”,“Bağlanmış Yaşıl Kart müqavilələri üzrə təqvim haqlarının ödənilməsi qaydaları”, “Yaşıl Kart Təkrarsığorta Daxılının təşkili və işləmə qaydaları” sənədləri təsdiq olunub.
Xəbər verildiyi kimi, Azərbaycan “Green Card” sisteminə qəbul edilib və 2016-cı il yanvarın 1-dən bu çərçivədə işlərə başlayacaq.
“Green Card” avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları olan ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir.
1949-cu ildə Londonda avtomobil sığortaçılarının beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial Şurasının tövsiyələri qəbul edilib və rəsmi olaraq mənzil-qərargahı Londonda yerləşən Büro Şurasının əsası qoyulub. 1951-ci ildə Büro Şurasının birinci rəsmi toplantısı baş tutub. Toplantıda sistemə üzv ölkələrin milli büroları arasında sazişin modeli razılaşdırılıb və “Yaşıl Kart”lar üçün vahid standartlar qəbul edilib. “Yaşıl Kart”a dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib. Sazişə əsasən, üzv ölkələrin hər biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda Azərbaycanda fəaliyyət göstərən 26 sığorta şirkətindən 15-i İSB-nin üzvüdür.11 şirkətin
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququ var.
A. Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət