Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qeyd edib ki, stansiyanın ümumi sahəsi 35 hektarı əhatə edir.
Stansiyanın gücü 20 meqavata bərabərdir, stansiyasında il ərzində 30 mln. kilovat-saatdan çox elektrik enerjisi istehsal olunacaq. Tikinti işlərini Belçikanın “Soltech” şirkəti həyata keçirib. Stansiyada 78,684 min ədəd ən müasir “şüşə-şüşə” tipli günəş panelləri, 11 elektrik yarımstansiyası quraşdırılıb.
Bundan başqa, prezident İlham Əliyev Naxçıvan Sənaye Kompleksinin açılışında iştirak edib. Bu kompleksin istifadəyə verilməsi zəruri sənaye potensialını yaratmağı, muxtar respublikanın əhalisinin məşğulluğunu təmin etməyə imkan verəcək. Kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bundan başqa, kompleksdə istehsal olunan məhsulların laborator müayinələri aparılacaq.
Kompleksdə tikinti materiallarının istehsalı təşkil edilib, onların bir hissəsi ixraca yönəldiləcək. İstehsal sahələrinin tikintisi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan güzəştli kredit vəsaiti hesabına aparılıb.
Zavodda il ərzində 150 min ton məsaməli beton, 36 min ton əhəng, 40 min ton gips, 2 mln. kvadratmetr gips lövhələrin istehsalı üzrə zavodlar fəaliyyət göstərir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət