SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin əvvəlində H.Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) modernləşmə işlərinə başlamağı planlaşdırır. Bu barədə “SOCAR OGPC” şirkətinin baş direktorunun müavini Emil Alxaslı çərşənbə günü “MDB neft emalı və neft-kimya həftəsi” XIX illik konfransında çıxışı zamanı bildirib.
“Bu işlərin məqsədi zavodda yüksək keyfiyyətli neft məhsullarının istehsalının təşkilindən ibarətdir. Planlara əsasən, 2019-cu ilin II rübündə BNEZ-də Avro-5 standartı üzrə dizel yanacağı, 2020-ci ilin ikinci rübündə Avro-5 standartı üzrə benzin istehsalına başlamaq planlaşdırılır. 2016-ci ilin ikinci rübündə zavodda yeni bitum qurğusunda bitum istehsalına start veriləcək”, - deyə o qeyd edib.
E.Alxaslının sözlərinə görə, modernləşmə işlərindən sonra BNEZ-də illik 2,2 mln. ton avtomobil benzini, 3 mln. ton dizel yanacağı, 1 mln. ton kerosin istehsal olunacaq. Modernləşmədən sonra zavodda buraxılacaq neft məhsullarının istehsalı strukturunda 37% dizel yanacağı, 25% avtomobil benzini, 13% kerosin, qalan 25% digər növ neft məhsullarının payına düşəcək.
“Bu layihənin reallaşdırılması, ilk növbədə ölkənin gələcək 15-20 il üçün avtomobil benzininə olan daxili tələbatını ödəməyə imkan verəcək”, - deyə o vurğulayıb.
E.Alxaslı məlumat verib ki, layihənin reallaşdırılması çərçivəsində bazar öyrənilib, texniki-iqtisadi əsaslandırılma hazırlanıb, bəzi əsas qurğular üzrə lisenziarlar seçilib və bu yaxınlarda qalan qurğular üzrə lisenziarlar seçiləcək, topoqrafik və geomaqnit tədqiqatlar başa çatmaq üzrədir.
“BNEZ-in modernləşməsi üzrə işlərə 2016-cı ilin əvvəlində başlanılacaq”, - deyə direktor müavini vurğulayıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət