Cümə axşamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviya Rifah Nazirliyi arasında Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Latviyanın rifah naziri Uldis Augulis imzalayıb.
“Nazirliklərimiz arasında Anlaşma Memorandumunun imzalanması iki dövlət arasında münasibətlərin inkişafına yeni təkan verəcək”, - deyə U.Augulis imzalanma mərasimindən sonra mətbuat konfransında bəyan edib.
O, hər iki ölkədə müvafiq sistemlərin təkmilləşdirilməsi məqsədilə əmək və əhalinin sosial müdafiəsi sahəsində tərəflərin təcrübəsinin öyərnilməsinin əhəmiyyətini qeyd edib.
“Bu sahədə bilik və təcrübə mübadiləsi dövlətlərimiz arasında əməkdaşlığın inkişafına xidmət edəcək. Əlillərin xəstəlikləri haqqında məlumat bazası, diaqnozlar, elektron tibbi kartların daxil olduğu əlillik qrupunun təyin edilməsi üzrə elektron sistem sahəsində Azərbaycanın təcrübəsini özümüzdə tətbiq etmək istərdik”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Latviya Azərbaycan tərəfi ilə əlillərin işlə təminatı sahəsində malik olduğu təcrübə ilə bölüşə bilər.
“Biz ölkəmizdə sahibkarlarla birgə əlillərin işlə təminatı imkanlarını öyrənirik. Biz əlillərin dörd divar arasında işsiz oturmamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün zəruri olan hər şey edirik”, - deyə U.Augulis bildirib.
“Latviya Avropa İttifaqının üzvüdür və təşkilatın standartlarını fəal tətbiq edir. Bu təcrübə bizim üçün çox faydalı ola bilər. Bir-birimizdən öyrənəcəyimiz çox şey var. Bu gün imzalanan memorandum əməkdaşlıq sahələrinin geniş dairəsini əhatə edir - insan resursları ilə iş, əhalinin sosial müdafiəsi, əlilliyin təyin olunması sistemi və əlillərin reabilitasiyası. Bu istiqamətlər üzrə əməkdaşlığımız davam edəcək. Uzun illərdir nazirliklərimiz arasında sıx əməkdaşlıq mövcuddur. Ötən il nazirlik əlilliyi olan 116 vətəndaşı Latviyaya müalicə-reabilitasiya mərkəzinə göndərib”, - deyə S.Müslümov öz növbəsində vurğulayıb.
Onun sözlərinə görə, bütün bu məsələlər cümə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı müzakirə edilib.
“Biz dövlət başçısından böyük dəstək aldıq. Latviya əmək miqrasiyasının tənzimlənməsi, həmçinin ünvanlı dövlət yardımı sistemi, əlillərə yüksək səviyyəli xidmətlərin göstərildiyi reabilitasya mərkəzləri sisteminin qurulması sahəsində yaxşı təcrübəyə malikdir. Prezidentlə görüşdə Latviya səfiri azərbaycanlı və latviyalı əlillərin əl işlərindən ibarət müsabiqə-sərgilərin hər iki ölkədə təşkilinin zəruriliyinə dair yaxşı ideya irəli sürüb”, - deyə S.Müslümov qeyd edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət