Dekabrın 4-də “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən yeddisinin cəsədi tapılıb.
“İki cəsəd tapılıb və şəxsiyyətləri müəyyənləşdirilib. Onlar Fuad Tağıyev və Ağa Mahmudovdur. Bundan əlavə, hazırda daha dörd nəfərin cəsədlərinin dənizdən çıxarılması prosesi davam edir. Daha sonra onların şəxsiyyəti müəyyən ediləcək”, - deyə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov mətbuat konfransında bildirib.
Daha öncə bir neftçinin cəsədi sudan çıxarılmışdı.
Onun sözlərinə görə, cəsədlər “Günəşli” yatağından 25 km cənubda tapılıb. Həlak olanlardan ikisinin əynində xilasedici jiletlər olub.
“Axtarış-xilasetmə işləri bu gün gecəyədək davam edəcək. Saat 16:00-a olan vəziyyətə görə, xilasetmə işlərinə iki helikopter cəlb edilib, ölənlərin cəsədlərini sahilə gətirmiş üçüncü helikopter də onlara qoşulacaq”,- deyə o qeyd edib.
B.Ağarəhimov deyib ki, dekabrın 9-da havaların pisləşəcəyi barədə proqnozlarla əlaqədar əsas axtarış işlərinin bu gün və sabah aparılması nəzərdə tutulub. Bunun üçün axtarış-xilasetmə əməliyyatlarına əlavə gəmilər cəlb ediləcək. Küləyin sürəti saniyədə 20-25 metrə çatsa belə, işlər dayandırılmayacaq.
Hazırda qəza zamanı itkin düşmüş 23 nəfərin taleyindən xəbər yoxdur.
Xəbər verildiyi kimi, cümə günü saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Komissiya qarşısında xilasetmə işlərinin və itkin düşənlərin axtarışının sürətləndirilməsi, hadisənin baş vermə səbəblərinin araşdırılması və baş vermiş faciənin nəticələrinin aradan qaldırılması vəzifəsi qoyulub. Baş nazir Artur Rasizadə komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə 11 nazirlik və dövlət strukturunun rəhbərləri daxil edilib.
Bundan əlavə, platformadakı qəza faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi qaldırılıb.
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət