Naxçıvan Muxtar Respublikasında Vayxır sol sahil suvarma və drenaj şəbəkəsiistifadəyə verilib. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
“Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə meliorasiya və irriqasiya sahəsində kompleks tədbirlər həyata keçirilib, yeni su anbarları, nasos stansiyaları, suvarma kanalları tikilib, torpaqların su təminatı xeyli dərəcədə yaxşılaşdırılıb. Ümummilli lider Heydər Əliyev ölkəmiz müstəqillik qazandıqdan sonra da bu məsələni diqqətdə saxlayıb, ölkə prezidenti də meliorasiya və su təsərrüfatı sisteminin kompleks şəkildə inkişaf etdirilməsi üçün dövlət proqramlarını imzalayıb”,- deyə V.Talıbov qeyd edib.
Ali Məclisin sədri deyib ki, Naxçıvan Muxtar Respublikasında da torpaq sahələrinin meliorasiya və irriqasiya sistemləri ilə təchiz olunması daim diqqət mərkəzində saxlanılır. “Kənd təsərrüfatı ili”ndə bu sahədə həyata keçirilən tədbirlərin miqyası xeyli genişləndirilib, rentabelli suvarma şəbəkələrinin qurulması hesabına torpaq sahələrinin dayanıqlı su təminatı yaradılıb. Müasir irriqasiya sistemlərinin, kollektor-drenaj şəbəkələrinin və nasos stansiyalarının, yeni suvarma boru xətlərinin istifadəyə verilməsi nəticəsində bu il muxtar respublikada 6 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Bu gün istifadəyə verilən qapalı suvarma və drenaj şəbəkəsi də muxtar respublikada yaradılan mühüm irriqasiya sistemlərindəndir. Böyük iqtisadi əhəmiyyəti olan bu layihənin reallaşdırılması nəticəsində Babək rayonu Nehrəm kəndinin 1170 hektar və Culfa rayonu Bənəniyar kəndinin 1050 hektar olmaqla, ümumilikdə 2220 hektar torpaq sahəsində müasir suvarma sistemi qurulub.
Məlumat verilib ki, suvarma və drenaj şəbəkəsi 1974 təsərrüfata məxsus pay torpaqlarını və 450 hektar bələdiyyə torpaqlarını əhatə edir. Tikinti zamanı 241,5 kilometr uzunluğunda müxtəlif diametrlik suvarma xətləri çəkilib. Qapalı drenaj sistemlərinin tikintisi üçün 77,5 kilometrlik müxtəlif ölçülü plastik borulardan istifadə olunub. Drenaj şəbəkəsi üzərində 77 baxış quyusu inşa edilib. Ərazidən drenaj sularını kənarlaşdırmaq üçün 6,5 kilometrlik mövcud açıq kollektor bərpa olunub və suyun Nehrəm gölünə verilməsi təmin edilib.
Q.Hüseynova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət