Azərbaycan hər zaman Vyetnamla əməkdaşlığın inkişafına böyük önəm verib. AZƏRTAC informasiya agentliyinin verdiyiməlumata görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Vyetnam Parlamentinin sədr müavini Uong Chu Luu ilə görüşdə deyib. M.Qurbanlı parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün hər iki parlamentdə mövcud olan dostluq qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini bildirib. M.Qurbanlı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətinə məlumat verib və ölkəmizin haqlı mövqeyinin hər zaman Vyetnam tərəfindən dəstəklənəcəyinə inandığını vurğulayıb.
Uong Chu Luu “Günəşli” yatağındakı platformada qəza nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib və dost Azərbaycan xalqının acısını bölüşdüklərini ifadə edib. O, ölkələrimiz arasında mövcud olan tarixi dostluq və əməkdaşlıq münasibətlərinin son illər daha da inkişaf etdiyini deyib və parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini vurğulayıb.
M.Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnama səfər çərçivəsində bu ölkənin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh ilə də görüşüb.
Le Honq Anh YAP nümayəndə heyətinin Vyetnama səfərinin hakim partiyalar arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə inandığını bildirib və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı hakim partiyaların qarşılıqlı əməkdaşlıq məsələləri ilə yanaşı, ölkələrimiz arasında turizm, investisiya, neft və qaz sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət