Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) “Əmrahbank”ın 4 mln. 316,5 min manat məbləğində əlavə emissiyasının buraxılışını baş tutmamış hesab edib. Bu barədə ƏMDK-dan məlumat verilir.
Xəbər verildiyi kimi, ƏMDK 17 fevral 2015-ci il tarixində “Əmrahbank”ın səhmlərinin əlavə emissiya prospektini qeydiyyata alıb. Əlavə emissiya nominal dəyəri 100 manat olan 43,165 min ədəd səhmə bölünüb. Səhmin əlavə emissiyası hesabına bank nizamnamə kapitalını 10,8% - 44 mln. 160,9 min manatadək artırmağı planlaşdırırdı.
“ƏMDK bankın 4 mln. 316,5 min manat məbləğində səhminin əlavə emissiya buraxılışını baş tutmamış hesab edir. 9 dekabr tarixində ƏMDK-nin rəhbəri tərəfindən müvafiq əmr imzalanıb”, - deyə məlumatda qeyd edilir.
Bu qərar “Qiymətli kağızlar haqqında” qanunun 13.1.1 maddəsi (investisiya qiymətli kağızları emissiya prospektində, informasiya memorandumunda və ya investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda müəyyən edilmiş saydan az miqdarda yerləşdirildikdə) və “İnvestisiya qiymətli kağızların emissiyası Qaydaları”nın 4.47.1 maddəsinə (səhm buraxılışının əlli faizindən az miqdarda səhmlər yerləşdirildikdə) uyğun qəbul edilib. “Əmrahbank” ASC 1993-cü ildə yaradılıb. Bankın səhmdarları Beynəlxalq İnvestisiya Bankı (45,84%) və fiziki şəxslərdir (54,16%). Hazırda bankın nizamnamə kapitalı 39 mln. 844,4 min manata bərabərdir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət