“SOCAR Petroleum SA” şirkəti (SOCAR-ın Rumıniyadakı 100%-lik törəməsi) Niderlandın “ING Bank”dan $5 mln. məbləğində kredit cəlb edəcək. Bu barədə Rumıniya mətbuatı məlumat verib.
““SOCAR Petroleum SA” dövriyyə kapitalının maliyyələşdrilməsi üçün “ING Bank” ilə $5 mln. məbləğində kreditin əldə olunmasına dair saziş imzalamaq niyyətindədir. “SOCAR Petroleum SA”nın səhmdarları noyabr ayında keçirilmiş ümumi yığıncaqda sazişin imzalanmasına razılıq veriblər. Zərurət yaranacağı halda kreditin məbləği $10 mln.-a qədər artırıla bilər”, - deyə məlumatda qeyd olunur.
SOCAR 2011-ci ildə “Romtranspetrol” şirkətinin səhmlərinin 90%-ni əldə etdikdən sonra Rumıniyanın neft məhsullarının pərakəndə ticarəti bazarına daxil olub. Nəticədə “SOCAR Petroleum SA” Azərbaycan-Rumıniya birgə müəssisəsi yaradılıb. 2014-cü ilin yanvar ayında SOCAR “SOCAR Petroleum SA”nın səhmlərinin 10%-ni əldə edib və şirkətin yeganə sahibi olub.
SOCAR bu ölkədə 400 iş yeri yaradıb və öz YDM şəbəkəsinin yaradılması və genişləndirilməsinə 50 mln. avrodan artıq vəsait yatırıb. Hazırda şirkət Rumıniyada 32 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəyə malikdir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət