2015-ci ilin 10 ayı ərzində Azərbaycanda əhalinin sayı 1% və ya 94,3 min nəfər artıb və 1 noyabr tarixinə 9 mln. 687,3 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər təşkil edir. Əhalinin 53,1%-i şəhər, 46,9%-i kənd sakinləridir. Onların 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
Azərbaycanda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.
Yanvar-oktyabr aylarında respublikada 138,4 min körpə doğulub.
Əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib.
Doğulan körpələrin 53,3%-ni oğlan, 46,7%-ni qız uşaqları təşkil edir. Hesabat dövrü ərzində Azərbaycanda 2516 əkiz və 72 üçəm doğulub.
10 ay ərzində respublikada 45,5 min nəfər vəfat edib. Yanvar-oktyabr aylarında hər 1 min nəfərə ölüm səviyyəsi 5,7 təşkil edib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət