Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, iki il ərzində komitə tərəfindən 17 erkən nikahın qarşısı alınıb.
“Son iki ildə komitənin nəzdində fəaliyyət göstərən regional mərkəzlər tərəfindən 20 erkən nikah faktı aşkarlanıb, onlardan 17-nin qarşısını almaq mümkün olub”, - deyə H.Hüseynova “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, son üç ildə komitə tərəfindən 250 görüş keçirilib və bu istiqamətdə maarifləndirmə işləri aparılıb.
Komitə sədri deyib ki, Nardaran hadisələri göstərdi ki, uşaqların savadsızlığından istifadə edərək onları radikal və siyasi qruplara cəlb etmək mümkündür. Komitəyə analar tərəfindən dəfələrlə müraciət olunub ki, onların həyat yoldaşları qızları məktəbə getməyə qoymurlar. Burada həm uşaqların hüquqları, həm də dövlətin qanunları pozulur”.
“Burada uşaqların hüquqları və dövlətin qanunları pozulur. Son zamanlar Azərbaycanda bu istiqamətdə böyük işlər aparılır. Dövlət başçısının fərmanları və dövlət tərəfindən görülən tədbirlər müsbət nəticələr verir”, - deyə H.Hüseynova qeyd edib.
Onun sözlərinə görə, erkən nikah faktları əsasən Bakıətrafı qəsəbələrdə qeydə alınır.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət