“Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklər dinə qarşı yönəlməyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
“Bu bəyanatlar cəfəngiyyatdır. KİV bu məsələləri şişirdir. Onlar hökumətin və müvafiq strukturların addımlarını və Azərbaycan parlamenti tərəfindən qanuni əsasda dəstəklənməsini ictimaiyyətə düzgün çatdırmırlar”, - deyə B.Muradova qeyd edib.
Onun sözlərinə görə, parlamentdə qəbul edilən dəyişikliklərin hansı məqsədə xidmət etməsi açıqlanıb.
“Həmin dəyişikliklərin başqa cür izah olunması həmin şəxslərin başqa məqsədlərinə xidmət edir”, - deyə vitse-spiker vurğulayıb.
Xəbər verildiyi kimi, Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər qəbul olunub.
Dəyişikliklərə əsasən, islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarının islam dininə aid ayin və mərasimlər aparması qadağandır.
Eyni zamanda, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.
Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən isə İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 2 min manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunması nəzərdə tutulur.
Bundan başqa, Azərbaycanda dini təbliğatla məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 1 ildən 2 ilə qədər azadlıqdan məhrum ediləcək.
Yuxarıda qeyd edilən əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
F.İsazadə
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət