Hazırda Avropa Qran Pri Bakı (Formula 1, Grand Prix of Europe) yarışlarına hazırlıq çərçivəsində Bakı küçələrinə döşənən asfalt örtük daimi olacaq. Bunu gənclər və idman naziri Azad Rəhimov bu gün mətbuat konfransında söyləyib.
Asfalt örtük əsaslı şəkildə döşənir. Təmir edilən hissələrdə drenaj sistemi yenilənir, kanalizasiya və su xətləri dəyişdirilir. Yəni, növbəti illərdə “Formula-1” yarışlarının keçirilməsi üçün trasda yenidən təmir işlərinin aparılmasına ehtiyac qalmayacaq”,- deyə nazir bildirib.
A.Rəhimov “Formula-1” yarışlarının Bakı mərhələsinin keçirilməsi ilə bağlı maliyyə xərcləri barədə sualı da cavablandırıb. Onun sözlərinə görə, tras boyunca yollarda asfalt örtüyün dəyişdirilməsi üçün büdcə xərcləri 12 mln. manat təşkil edir.
Azadlıq meydanında 300 metrlik pit-stop tikiləcək, xərclərin böyük hissəsi onun inşasına sərf ediləcək. Bununla əlaqədar olaraq tender elan ediləcək. Bütün tras boyu beton dirəklərin və metal tordan ibarət üst hissənin hazırlanmasını tələb edən beton maneələr quraşdırılacaq. Bu da müəyyən maliyyə xərcləri tələb edir. Azadlıq meydanında pit-stopun tikintisi ilə əlaqədar tentlər quraşdırılacaq ki, onları icarəyə götürmək mümkün olacaq”,- deyə nazir qeyd edib.
Onun sözlərinə görə, 3-4 aydan sonra büdcə xərclərinin məbləği məlum olacaq.
“Azərbaycan “Formula-1” yarışlarının Bakı mərhələsinin keçirilməsi üçün yarış təşkilatçıları ilə 10 illik müqavilə imzalayıb. Müqavilə 5+5 formatındadır. Yəni, ilk 5 ildə Bakıda F1 yarışları keçiriləcək, daha sonra biz müqavilənin müddətini daha 5 ilə qədər uzada biləcəyik və yaxud oyunların keçirilməsindən imtina edə bilərik”,- deyə A.Rəhimov bildirib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət