Moskva vilayətinin Arbitraj Məhkəməsi bu gün Çerkizov bazarının keçmiş sahibi, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılovu müflis elan edib. Bu barədə məhkəmənin saytında məlumat verilir.
Məhkəmə borclu barəsində müsabiqə icraatına başlayıb.
Qərar kreditor Boris Zubkovun noyabrın 23-də icraata qəbul edilmiş ərizəsinə baxılaraq verilib.
Noyabrın 19-da Telman İsmayılovun özü ərizə ilə məhkəməyə müraciət edərək müflis elan olunmasını xahiş edib. Məhkəmə düzgün tərtib edilmədiyinə görə ərizəni dekabrın 26-na qədər hərəkətsiz saxlayıb.
Dekabrın 15-də məhkəməyə “Bank Moskva”dan T.İsmayılova qarşı tələblərin həcminin müəyyən edilməsi barədə ərizə daxil olub.
Daha əvvəl “Bank Moskva” Moskva Arbitraj Məhkəməsinə Çerkizov bazarının sahibinin iflasa uğraması barədə ərizə ilə müraciət edib. Məhkəmə iclası dekabrın 21-nə qədər təxirə salıb. Çünki “Bank Moskva”nın iddiası üzrə borclunun yaşayış yerinin aydınlaşdırılması üçün Moskva Federal Miqrasiya Xidməti İdarəsinə və Moskva vilayəti Federal Miqrasiya Xidməti İdarəsinə sorğu göndərib.
Daha öncə “Kommersant” qəzeti xəbər vermişdi ki T.İsmayılov uzun müddətdir pul öhdəliklərini yerinə yetirmir. “Bank Moskva”nın hüquqşünasları belə bir nəticəyə gəliblər ki, onun ödəmə qabiliyyəti yoxdur və arbitraj məhkəməsindən T.İsmayılovu müflis elan etməyi, “Vətəndaşın borclarının yenidən strukturlaşdırılması prosedurunu aparmağı xahiş ediblər”.
Moskva Arbitraj Məhkəməsi oktyabrın 6-da kredit üzrə zamin qismində çıxış edən “Bank Moskva”nın T.İsmayılova məxsus “KBF AST” MMC-dən $213,3 mln. həcmində vəsaitin alınması ilə bağlı iddiasını təmin edib. Noyabr ayında “Bank Moskva” bu şirkətin müflis olduğunu elan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət