Bu il Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə sahibkarlara 250 mln. mant məbləğində güzəştli kredit veriləcək. Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov “Respublika” qəzetində dərc edilmiş məqaləsində bildirib.
Xəbər verildiyi kimi, bu il fond 220 mln. manat məbləğində kredit verməyi planlaşdırmışdı.
“2015-ci ildə 5,1 min sahibkar SKMF-in xətti ilə 211,7 mln. manat məbləğində güzəştli kredit alıb. Bu kreditlər 11,6 mindən çox iş yerinin açılmasına imkan yaradacaq”, - deyə o qeyd edib.
Nazir müavini bildirib ki, indiyədək fond 30 minə yaxın sahibkara ümumilikdə 1,7 mlrd. manatdan çox güzəştli kredit verib. “Bu kreditlər 140 mindən çox iş yerinin yaradılmasına imkan verib”, - deyə o əlavə edib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib.
A. Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət