Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən jurnalist Rauf Mirqədirovun vəkili məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş edib.
Vəkil Fuad Ağayevin “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata əsasən, çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində “Zerkalo” qəzetinin keçmiş əməkdaşı, jurnalistRauf Mirqədirovun barəsindəolan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçən proses zamanı F.Ağayev müdafiə nitqi ilə çıxış edərək R.Mirqədirov barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
R.Mirqədirov son söz demək üçün məhkəmədən vaxt istəyib.
Beləliklə, proses dekabrın 25-də davam etdiriləcək.
Xəbər verildiyi kimi, ötən prosesdə prokuror jurnalistin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, 2008-ci ildən etbarən Ermənistan, Gürcüstan və Türkiyə ərazisində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları ilə dəfələrlə görüşərək onlara Azərbaycan Respublikasının dövlət suverenliyi və təhlükəsizliyinin, ərazi bütövlüyünün və müdafiə qabiliyyətinin zərərinə olaraq respublikada ictimai-siyasi və hərbi sahədə vəziyyətə dair məlumatlar, sxemlər və fotoşəkillər ötürməkdə şübhəli bilinir.
F.İsazadə
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət