Hesablama Palatası “Azərsu” ASC tərəfindən regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına yönələn bir sıra layihələr üzrə kredit vəsaitinin zəif sərf olunduğunu qeyd edir.
Palatanın məlumatında deyilir: “Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya layihəsi” və “Açıq kommunal infrastruktur Proqramı-II” layihələrinə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən (YBƏA) və Almaniyanın KfW bankından cəlb olunmuş kreditlər və dövlət əsaslı vəsait qoyuluşu üzrə audit aparılıb.
Audit çərçivəsində müəyyən edilib ki, kredit vəsaitindən istifadənin gecikməsi nəticəsində 5,5 il ərzində kreditin cəmi 21,2%-i istifadə olunub, müqavilənin icra müddətinin uzadılması və bəzi xidmətlər üzrə əlavə vəsaitin məbləğinin Azərbaycan hökumətinin payı hesabına maliyyələşdiriləcək müvafiq hissəsinin artmasına şərait yaradılıb.
Bundan başqa, audit nəticəsində müəyyən edilib ki, layihə-smeta sənədləri vaxtında hazırlanmayıb və tikinti işləri üzrə layihələrə edilən dəyişikliklər ayrılan vəsaitlərdən səmərəli istifadə olunması üçün qeyri-münbit şərait yaradıb, nəticədə bəzi hallarda podratçılara artıq vəsait ödənilib.
Palata hesab edir ki, “Azərsu” layihələrin icrasına ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi, tikinti işlərinin keyfiyyətnin artırılması və vaxtında başa çatdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirməlidir.
"II Açıq Kommunal İnfrastruktur Proqramı" layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin müasirləşdirilməsi işlərini nəzərdə tutur. Bu layihənin gerçəkləşdirilməsi üçün Kreditanstalt fur Wiederaufbau (KfW) Azərbaycana 37 mln. avro həcmində kredit verib, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) 10 mln. avro həcmində qrant ayırıb, Azərbaycan hökumətinin payı isə 7 mln. avro təşkil edir.
“Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” 10 şəhər və rayon mərkəzinin (Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə, Neftçala Şirvan,Salyan və Naftalan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Layihə Azərbaycanın 10 şəhər və rayon mərkəzində su və kanalizasiyta sistemlərinin bərpasını nəzərdə tutur və ümumilikdə 400 min insanı əhatə edəcək.
2009-cu il mayın 29-da imzalanmış kredit müqaviləsinin şərlərinə əsasən JBIC bu işlərin yerinə yetirilməsinə 10 ili güzəştli olmaqla 30 il müddətinə 1,4% dərəcəsi ilə 38 mlrd. yapon yeni (($400) ayıracaq.
Ayrılan vəsaitlər su təmizləyici və yanğınsöndürən qurğular da daxil olmaqla bütövlükdə nasos stansiyalarının, su şəbəkələrinin və ötürücü xətlərin yenidən qurulmasına,eləcə də su kanal idarələrinin maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət