"VTB Bank (Azerbaijan)" ASC-nin ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına salınmasının “Visa International” kartları ilə tranzaksiya əməliyyatlarına aidiyyəti yoxdur. Bu barədə bankdan məlumat verilib.
Məlumatda qeyd olunur ki, "VTB Bank (Azerbaijan)" ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına salınması ilə bağlı kart əməliyyatları zamanı məhdudiyyətlərin mümkünlüyü barədə VTB plastik kart sahiblərinin sualları ortaya çıxıb.
Bu məsələ ilə bağlı VISA şirkətinə müraciət olunub.
VISA təsdiq edir ki, ABŞ Xəzinədarlıq Departamentinin dekabrın 22-də məlumat verdiyi sektorial sanksiyaların VISA kartlarından istifadə edilməklə həyata keçirilən tranzaksiya əməliyyatlarına aidiyyəti yoxdur”, - deyə şirkətin cavabında bildirilir.
Məlumatda qeyd edilir ki, digər ödəmə sistemlərinin plastik kartlarının istifadəsinə də heç bir məhdudiyyət qoyulmayıb.
Azərbaycan Mərkəzi Bankı 2008-ci ilin noyabr ayında Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət