“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (XDGİ) “Professor Gül” bərəsini istismara verib. Bu barədə XDGİ-dən məlumat verilib.
““Professor Gül” bərəsi bazar günü 30 yük maşını götürərək Aktauya yola düşüb.Bununla da hazırda istismarda olan bərələrin və Ro-Ro gəmilərinin sayı 13-ə çatıb. Daha bir bərənin - “Merkuri-1” gəmisinin isə yaxın günlərdə istismara buraxılacağı gözlənilir”, - deyə məlumatda qeyd olunur.
Beləliklə, hazırda 6 bərə və 1 Ro-Ro gəmisi Bakı-Aktau, digər 5 bərə və 1 Ro-Ro gəmisi isə Bakı-Türkmənbaşı istiqamətində dəmiryol vaqonu və təkərli texnika daşımalarına cəlb olunub.
Məlumatda qeyd edilir ki, son günlərdə Qazaxıstanın Aktau limanında yığılan yük avtomobillərinin hamısı gəmilərimizlə Bakıya gətirilib. Dekabrın 27-nə olan məlumata görə, hazırda Aktauda cəmi 8 yük maşını var ki, onlar da növbəti bərə ilə yola salınacaq.
Bundan başqa, bazar günü 2 gəmi – “Bəstəkar Fikrət Əmirov” Ro-Ro gəmisi və “Akademik Həsən Əliyev” bərəsi Bakıdan Qazaxıstana doğru istiqamət alıb.
“Ötən bazar günü 3 əlavə reys ilə Bakıdan Aktauya 100-ə yaxın yük avtomobili daşınacaq və Bakı limanında da sıxlığın əsas hissəsi aradan qaldırılacaq. Eyni zamanda, bazar ertəsinə keçən gecə Qazaxıstandan gələn “Azərbaycan” bərəsi bortuna daha 33 yük maşını qəbul edərək Aktauya yola düşəcək”, - deyə məlumatda deyilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət