Tarif Şurası tərəfindən dərman vasitələrinin yeni pərakəndə qiymətlərinin təsdiq olunması onların orta hesabla 45% bahalaşmasına səbəb olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə dərman bazarındakı mənbə məlumat verib.
Xəbər verildiyi kimi, Tarif Şurası tərəfrindən 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. 21 dekabr tarixində manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar 3,54 min dərman vasitəsinin yeni qiymətləri müəyyənləşdirilib. Bundan başqa, Şura tərəfindən 1510 yeni dərman vasitəsinin qiymətləri təsdiq olunub.
“Şuranın qərarı ilə 3661 dərman vasitəsinin qiymətləri dekabrın 25-dən etibarən qüvvədədir. Həmin dərman vasitələrinin qiymətləri manatın devalvasiyası nəzərə alınmaqla indeksləşdirilib. Nəticədə dərmanların qiymətində artım orta hesabla 45% təşkil edəcək”, - deyə agentliyin müsahibi qeyd edib.
Onun sözlərinə görə, həmin dərman vasitələrinin yeni qiymətləri bazarda onların çatışmazlığı problemini aradan qaldırır. “Beləliklə, bazarda dərman qıtlığı olmayacaq”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, qalan 1389 dərman vasitəsinin təsdiqlənmiş qiymətləri 2016-cı il fevralın 25-dən qüvvəyə minəcək.
Tarif Şurasının 25 dekabr tarixli məlumatında bildirilib ki, dərman vasitələrinin 21%-nin qiyməti 2 dəfədən çox, 9%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 60% preparatın qiyməti endirilib, 40%-nin qiyməti isə məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla 40% artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 dekabr 2015-ci il tarixindən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun ardınca AMB manatı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsinə qarşı 1,55 manat/$1 səviyyəsində müəyyən edib.
Xəbər verildiyi kimi, sentyabrın 15-dən Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinə başlanılıb. Azərbaycanda qiymətlərin dövlət tərəfindən tənzimlənməsi ümumilikdə 4,5 mindən artıq adda dərman vasitəsini (20 mindən artıq dərman vasitəsi) əhatə edəcək. Tənzimləməyə, ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılmaqla, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyinin qiymətləndirmələrinə əsasən, dövlət tərəfindən tənzimlənmə dərmanların qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşmasına imkan verəcək.
Tarif Şurası iyun ayından etibarən dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydalarını təsdiq edib.
A.Əzizov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət