Hesablama Palatası Sahibkarlara Kömək Milli Fonduna (SKMF) idxalı əvəzləməyə yönələn layihələri daha fəal kreditləşdirməyi tövsiyə edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
“Hesablama Palatasının Kollegiyası Sahibkarlara Kömək Milli Fondunun vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlilin nəticələrini müzakirə edib. Təhlilin nəticələrinə dair bir sıra təkliflər hazırlanıb”, - deyə məlumatda qeyd olunur.
Hesablama Palatası SKMF-ə idxalı əvəzləmə sahəsində layihələrin stimullaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsini gücləndirməyi tövsiyə edir.
Bundan başqa, Hesablama Palatası fond tərəfindən riskin qiymətləndirilməsinə üzrə xüsusi meyarlar istifadə olunmaqla müvəkkil kredit təşkilatlarına nəzarət mexanizminin hazırlanmasını zəruri hesab edir.
Palatanın məlumatına görə, SKMF-in fəaliyyətinin təhlili zamanı bəzi nöqsanlar aşkar edilib. Bu nöqsanlar müvəkkil kredit təşkilatları tərəfindən müqavilə şərtlərinə bəzi hallarda riayət edilməyərək kredit, faiz və cərimə məbləğlərinin fondun hesabına vaxtında tam ödənilməməsi, ayrılmış vəsaitlərin təyinata uyğun istifadə olunması məqsədilə müvəkkil kredit təşkilatları tərəfindən aparılmış monitorinqlərin nəticəlilik və əhatəlilik baxımından tam yetərli olmaması ilə əlaqədar olub.
Aşkar edilmiş nöqsanların aradan qaldırılmasına dair tövsiyələr İqtisadiyyat və Sənaye Nazirliyi və SKMF-ə göndərilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib. 2015-ci ildə bu məbləğ 248,5 mln. manat təşkil edib.
A. Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət