Milli Məclisin bu gün keçirilən plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Qanun layihəsi lisenziyaların verilməsi prosedurlarının sadələşdirilməsi və qaydalarının təkmilləşdirilməsini, lisenziyaların verilməsi zamanı “bir pəncərə” prinsipinin tətbiqini nəzərdə tutur.
Qanun layihəsində lisenziyalaşdırılmalı olan fəaliyyət növlərinin müəyyən edilməsi meyarları, lisenziya verən dövlət orqanlarının səlahiyyətləri və funksiyaları, lisenziyalar və icazələr sisteminin dövlət tənzimlənməsi prinsipləri, lisenziyalar və icazələrin verilməsi prosedurları öz əksini tapıb.
Qanun layihəsinə “susmaq razılıq əlamətidir” prinsipi daxil edilib, yəni lisenziyanın verilməsi ilə bağlı müraciətə baxılması üçün lazım olan müddətdə cavab gəlməsə, lisenziya avtomatik olaraq verilmiş hesab edilir.
Qanun layihəsində həmçinin “müddətsiz lisenziya” anlayışı, lisenziya və icazələrin vahid reyestri, o cümlədən “Elektron lisenziya” portalının yaradılması nəzərdə tutulur.
Qanun layihəsinin hazırlanmasında Gürcüstan, Ukrayna, Moldova, Aİ ölkələrinin təcrübəsindən istifadə olunub.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət