Azərbaycan 1 yanvar 2016-ci il tarixindən etibarən İran və Türkiyə ilə Green Card sistemi çərçivəsində fəaliyyətə başlayacaq. Bu barədə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib
“Azərbaycan İran və Türkiyə ilə Green Card sistemi çərçivəsində fəaliyyətə dair ikitərəfli sazişlər imzalayıb. Həmin sənədlərə əsasən, 1 yanvar 2016-ci il tarixindən etibarən Azərbaycan bu ölkələrlə Green Card sistemi çərçivəsində fəaliyyət göstərmək hüququna malikdir”, - deyə məlumatda qeyd olunur.
Hazırda İcbari Sığorta Bürosu Avropa İqtisadi Zonasına daxil olan 24 ölkə, ümumilikdə isə 36 ölkə ilə qeyd olunan sistemdə fəaliyyətə dair saziş imzalayıb.
Bununla yanaşı, üç formada blanklar hazırlanacaq. Birinci növ blanklar sistemə daxil olan bütün ölkələr, ikinci növ blanklar Türkiyə və İran, üçüncü növ isə Rusiya, Ukrayna, Belarus və Moldova üçün nəzərdə tutulub.
Məlumatda qeyd olunur ki, İcbari Sığorta Bürosunun Avropa İqtisadi Zonasına daxil olan ölkələrlə bağladığı sazişlərin qüvvəyə minmə tarixi Bürolar Şurasının qərarına əsasən fevralın 18-dən sonra bildiriləcək
Xəbər verildiyi kimi, 1 yanvar 2016-cı il tarixindən Azərbaycan Green Card sisteminə üzv olan ölkələrin Cənub-Şərq Qrupuna daxil olacaq. Tranzit üzvlük 10 il müddətinə nəzərdə tutulur. Azərbaycanı Green Card-da İcbari Sığorta Bürosu (İSB) təmsil edəcək.
Green Card avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları olan ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir.
1949-cu ildə Londonda avtomobil sığortaçılarının beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial Şurasının tövsiyələri qəbul edilib və rəsmi olaraq mənzil-qərargahı Londonda yerləşən Büro Şurasının əsası qoyulub. 1951-ci ildə Büro Şurasının birinci rəsmi toplantısı baş tutub. Toplantıda sistemə üzv ölkələrin milli büroları arasında sazişin modeli razılaşdırılıb və Yaşıl Kart-lar üçün vahid standartlar qəbul edilib. Yaşıl Kart-a dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib. Sazişə əsasən, üzv ölkələrin hər biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkətindən 16-sı İSB-nin üzvüdür. Bununla yanaşı, 11 sığorta şirkəti AVSMMİS üzrə xidmət təqdim edir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət