2015-ci ildə Azərbaycanda sığortaçılar tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə ən çox VAZ markalı avtomobillər sığortalanıb. Bu barədə İcbari Sığorta Bürosunun (İSB) məlumatında bildirilir.
Ötən il AVSMMİS üzrə 254,717 min ədəd VAZ markalı avtomobil sığortalanıb.
Həmçinin qeyd olunan dövrdə 175,163 min ədəd “Mersedes Benz”, 55,223 min ədəd “Hyundai”, 41,811 min ədəd “Toyota”, 34,35 min ədəd “Opel”, 27,638 min ədəd “Nissan”, 27,346 min ədəd “Ford”, 26,54 min ədəd “KIA”, 21,857 min ədəd “Mitsubishi”, 18,833 min ədəd “Volkswagen”, 281,544 min ədəd digər markalı avtobillər AVSMMİS üzrə sığortalanıb.
Büronun məlumatına görə, 2015-ci ildə AVSMMİS üzrə 965,022 min müqavilə bağlanıb.
757,997 min müqavilə minik maşınlarının, 119,428 min müqavilə yük avtomobillərinin, 62,002 min müqavilə qoşqu vasitələrinin, 15,932 min müqavilə avtobusların, qalan müqavilələr digər nəqliyyat vasitələrinin sığortalanması ilə bağlı olub.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. 16 sığorta şirkəti İSB-nin üzvüdür. Onlardan 11 şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət