Hollandiyanın “APM Terminals” şirkəti İzmir şəhərində «Petlim Limancilik Ticaret A.S.» şirkəti (Türkiyənin “Petkim Holding” neft-kimya holdinqi tərəfindən təsis olunub) tərəfindən inşa edilmiş “Petlim” konteyner limanının idarəçiliyini öz əlinə alıb. Bu barədə Türkiyənin denizhaber.com internet nəşri “Petkim”in rəhbəri Sadəddin Qorquda istinadən məlumat verir.
“Türkiyədə böyüklüyünə görə üçüncü olan Petlim limanının tikintisi artıq başa çatıb və obyekt şirkətin idarəçiliyinə verilib. Liman bir neçə ay ərzində fəaliyyətə başlayacaq”, - deyə S.Qorqud söyləyib.
Onun sözlərinə görə, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Türkiyədəki layihələrə investisiya qoyuluşlarını davam etdirir.
“ARDNŞ tərəfindən Türkiyədə cari layihələrə qoyulacaq investisiyaların həcmi $20 mlrd. səviyyəsində dəyərləndirilir”,- deyə S.Qorqud qeyd edib.
Xəbər verildiyi kimi, limanın tikintisi “Petlim Limancılık Ticarət A.S” və Hollandiyanın “APM Terminals” şirkəti tərəfindən konteyner limanının tikintisi və istismarı haqqında müqavilə əsasında həyata keçirilib. Müqavilə çərçivəsində “Petlim” infrastruktur və tikinti işlərinə $300 mln. vəsait qoyub, “APM Terminals” isə maşın və avadanlığın alınması üzrə xərcləri öz üzərinə götürüb. Layihənin ümumi dəyəri $400 mln. təşkil edir. Hollandiya şirkəti limanı 28 il ərzində idarə edəcək.
Liman ilkin dövrdə ildə 1,5 mln. konteyner qəbul edə biləcək, gələcəkdə bu rəqəmin ildə 4 mln. konteynerə qədər artırılması nəzərdə tutulur. Petlim limanının əsas xüsusiyyəti dünyada ən iri konteyner gəmilərini (11 mindən çox konteyner daşıyan) qəbul etmək imkanı olacaq.
“Petlim Limancılık Ticarət A.S” “Petkim Holding” tərəfindən təsis olunub. Müəssisənin səhmdarları “Petkim” (70%) və Amerikanın "Goldman Sachs” investisiya bankıdır (30%).
ARDNŞ “SOCAR Turkey Enerji” şirkəti vasitəsilə “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (57,92%) sahibidir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət