SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) yaxın perspektivdə Naxçıvan Muxtar Respublikasında (NMR) yeraltı qaz anbarının tikintisini aktual hesab etmir. Bu barədə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev ANS telekanalına müsahibəsində bildirib.
“Naxçıvanda iri yealtı qaz anbarının tikintisinə ehtiyac yoxdur. Çünki muxtar respublika illik orta hesabla 300 mln. kubmetr qaz sərf edir. SOCAR-ın əməkdaşları tədqiqatlar apararaq keçmiş duz yataqlarına qaz vurulması imkanını öyrənirlər. Lakin yaxın vaxtlarda Naxçıvanda yeraltı qaz anbarının tikintisi aktual deyil”, - deyə V.Əliyev qeyd edib.
O, həmçinin xatırladıb ki, SOCAR-ın balansında iki yeraltı qaz anbarı var - “Qalmaz” və “Qaradağ”.
“Son 3 il ərzində bu anbarlarda ciddi iş aparılıb - yeni quyular qazılıb, kompressor stansiyaları quraşdırılıb, infrastruktur yenilənib. Hazırda bu iki yeraltı qaz anbarından götürülən qazın ümumi həcmi 4-4,5 mlrd. kubmetrə bərabərdir ki, bu da Azərbaycanda təbii qazın daxili istehlak həcminin 30-35%-ni təşkil edir”, - deyə V.Əliyev qeyd edib.
“Qalmaz” yeraltı qaz anbarı Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib. “Qaradağ” yeraltı qaz anbarı Bakıdan 25 kilometr cənub-şərqdə yerləşir və 1954-cü ildə işə salınıb.
Hazırda NMR-ə qaz tədarükü İran ərazisi vasitəsilə həyata keçirilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət